Prezidentlər görüşəcəkmi? - Nazirdən AÇIQLAMA

Prezidentlər görüşəcəkmi? - Nazirdən AÇIQLAMA
  18 İyun 2014    Oxunub:1043
“Fransada keçirilməsi nəzərdə tutulan görüşlə bağlı hələlik, konkret addım atılmayıb. Buna görə də əlavə heç nə söyləyə bilmərəm”
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün rus həmkarı Sergey Lavrovla keçirilən mətbuat konfransındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Fransa prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi barədə təklif vermişdi:

“Biz hazırda Fransadan belə bir görüşün təşkili barədə daha konkret təklif gözləyirik”.


Teqlər:





Xəbər lenti