Quterreş cəmiyyəti qadınlara qarşı zorakılıqla mübarizəyə çağırıb

Quterreş cəmiyyəti qadınlara qarşı zorakılıqla mübarizəyə çağırıb
  25 Noyabr 2023    Oxunub:990
BMT-nin Baş katibi Antoniu Quterreş davamlı inkişafı təmin etmək üçün cəmiyyəti qadınlara qarşı zorakılıqla mübarizəyə çağırıb.
AzVision.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Qadınlara qarşı zorakılıq insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu, səhiyyə böhranına gətirib çıxarır və davamlı inkişafa maneələr yaradır. Gəlin, elə dünya yaradaq ki, burada qadınlara qarşı zorakılığa bütün formalarına dözümlülük nümayiş etdirilməsin”, - A.Quterreş qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti