İranda vətəndaş cəmiyyəti fəalı Məryəm Əbdi həbs edilib
Xanım Əbdinin həbsinin səbəbi hələlik rəsmən açıqlanmasa da, “Telegram” kanalı bunun etirazçı müğənni Mehdi Yərrahinin işi ilə bağlı olduğunu iddi edib.
Qeyd edək ki, ötən il ümumxalq etirazları zamanı bir neçə mahnı buraxan və sosial şəbəkələrdə aktiv olan Mehdi Yərrahi bu il “Rusərito (sənin hicabın)” mahnısının ifasından sonra həbs edilib. Ötən həftə isə Yərrahi Evin həbsxanasından zaminə buraxılıb.
AzVision.az