Ceyhun Bayramov İran Prezidenti ilə görüşdü
İ.Rəisi bildirib ki, dost, qardaş və qonşu ölkə Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi İranın xarici siyasətinin prioritetlərindən biridir: "İran bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır. Biz məsələlərin və problemlərin ölkələr arasında qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarıyıq".
C.Bayramov isə öz növbəsində, Azərbaycanın İranla əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb.
Qeyd edək ki, İranın paytaxtı Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüşü keçirilir. Toplantıda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
AzVision.az
Teqlər: