Mövləvi Əbdülhəmid: Qanlı Cümə günündə təxribat törədilib
“Zahidan xalqı Qanlı Cümə faciəsinin ildönümü ilə bağlı Zahidanda nümayiş keçirərək öz fikirlərini bildirib. Ailə üzvləri ötən il sentyabrın 30-u Zahidanın Qanlı Cümə günü şəhid olan insanların ən böyük dərdi və kədəri odur ki, çox təəssüflər, bu məsələ hələ də həll olunmayıb, onların dərdlərinə şəfa vermək üçün lazımi addımlar atılmayıb. İnsanlar cümə namazından sonra sükutla və Allahı zikr etməklə öz evlərinə getməlidirlər və insanlar da buna əməl ediblər. Lakin təhlükəsizlik qüvvələrinin məscid və onun ətrafındakı küçələrdə geniş şəkildə mövcudluğu daha çox insanı təhrik edir və təxribata səbəb olur”, - Əbdülhəmid deyib.
Zabitlərin çoxluğunun gənclərin emosional durumuna neqativ təsir göstərdiyini vurğulayan din xadimi, həmin zabitlərin orada olmayacağı halda heç nəyin də baş verməyəcəyini deyib. Çünki məmurlar məsciddə və onun ərazisində görünməsələr, asayişi və təhlükəsizliyi insanların öz ixtiyarına buraxsalar, tərəflərin narahatlıqları həllini tapacaq və sülh avtomatik şəkildə bərqərar olacaq.
AzVision.az