Blinken və Ostin: "İranın vəkilləri" İsrail-Həmas müharibəsini alovlandıracaq
“Bizim istədiyimiz və ya axtardığımız bu deyil. Biz gərginliyi artırmaq istəmirik. Biz şəxsi heyətimiz və ya qüvvələrimizin hədəfə alınmasını xoşlamırıq, lakin bu baş verərsə, biz buna hazırıq. İranın vasitəçi qüvvələrinin gərginliyin artması ilə qüvvələrimizi və şəxsi heyətimizi hədəf alacağını düşünürəm. Biz xalqımızı effektiv şəkildə müdafiə edə bildiyimizə və lazım gəldikdə qətiyyətlə cavab verə bildiyimizə əmin olmaq üçün addımlar atırıq”, - Blinken deyib.
Dövlət katibinin bəyaynatını təkrarlayan Lloyd Ostin, ABŞ-nin bölgədəki qoşunlarına və Amerika xalqına hücumların əhəmiyyətli dərəcədə artması perspektivi olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ-nin özünü müdafiə etmək hüququ var və bu hücumlara layiqli cavab veriləcəyinə heç bir şübhə doğurmamalıdır.
AzVision.az
Teqlər: