Fatimə Sepehri yenidən həbsxanaya aparılıb
Xanım Sepehri həbsindən bir neçə dəqiqə əvvəl səsli mesajında onun arxasınca gələn agentlərin qapıda dayanqıqlarını bildirib.
“Getmək üçün geyinirəm. Ümid edirəm ki, tezliklə İranı azad görəcəyəm”, - Sepehri deyib.
O, dünən səhər saatlarında yayılan video-materialda öz ayaqları ilə həbsxanaya getməyəcəyini və açıq ürək əməliyyatı üçün hakimiyyətin verdiyi bir həftə istirahətin ona qarşı təhqir olduğunu vurğulayıb.
Sentyabrın 29-da açıq ürək əməliyyatı keçirən fəal sonra yenidən həbsxanaya aparılıb. Oktyabrın 16-da yenidən xəstəxanaya göndərilən Fatimə Sepehri oradan yaydığı video-çarxda HƏMAS-ın İsrailə hücumunu lənətləyib.
“Uca səslə deyirəm ki, İran xalqı İsrail xalqının tərəfindədir və bu rejimin agentləri pullarını güllələrə xərcləyirlər”, - Sepehri bəyan edib.
AzVision.az