Bayden: İran Rusiya və HƏMAS-a verdiyi dəstəyə görə cavabdehlik daşıyacaq
İsrailə və Ukraynaya hərbi yardım göstərmək üçün təcili büdcə sorğusunu Konqresinə göndərəcəyinə aydınlıq gətirən Bayden, bu ölklərin uğurunun təmin edilməsinin ABŞ-ın milli təhlükəsizliyi və gələcəyi üçün vacib olduğunu vurğulayıb.
“HƏMAS kimi terrorçuların və Putin kimi despotların qalib gəlməsinə imkan verə bilmərik. HƏMAS qrupu və Vladimir Putin fərqli təhdidləri təmsil edirlər, lakin onların bir ortaq cəhəti var. Hər ikisi öz qonşuluqlarında demokratiyaların tamamilə məhv edilməsini və kökünün kəsilməsini istəyirlər. İran Rusiyanı Ukraynada, HƏMAS-ı və regiondakı digər terror qruplaşmalarını dəstəkləyir”, - Bayden deyib.
ABŞ prezidenti Vaşinqtonun bu qüvvələri məsuliyyətə cəlb etmək siyasətinin davamlı olduğunu bildirib.
AzVision.az