Qeyd olunur ki, inauqurasiyanın təntənəli hissəsində dəyişikliklər edilib. Əsasən də, zal mərasim günü üçün xüsusi hazırlanmış dekorlarla bəzədilib. Erebuni Tarix-Arxeologiya Muzeyindən meriyaya tarixi əşyalar da gətirilib.
İrəvan meri Tiqran Avinyan cərimələnib |
Müxalif media bunu yersiz bədxərclik adlandırıb. Bəzi saytlar yazır ki, məbləğlə görülən işlər arasında fərqin olmasını yeyinti faktoru ilə əlaqələndirib.
Xatırladaq ki, oktyabrın 10-da Ağsaqqallar Şurasının ilk iclası keçirilib və orada “Vətəndaş müqaviləsi” və “Respublika” fraksiyaları Tiqran Avinyanı şəhərin meri seçiblər. Daha sonra fraksiyaların nümayəndələri əməkdaşlıq memorandumu imzalayıblar.
Andranik Tevanyanın “Ana Ermənistan” bloku və eks-mer Hayk Marutyanın “Milli Tərəqqi” partiyası isə ilk iclasda iştirak etməyiblər ki, təkrar seçki keçirilsin. “İctimai səs” fraksiyası iclasa gəlsə də, Avinyanın namizədliyinin əleyhinə səs verib.
Avinyanın andiçmə mərasimi oktyabrın 13-də baş tutub. Mərasimdə baş nazir Nikol Paşinyan, parlamentin spikeri Alen Simonyan, prezident Vaaqn Xaçatryan və bir sıra digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
Tural Tağıyev
AzVision.az