Görüş zamanı Çin tərəfi Ermənistanda sement zavodunun açılması və traktor istehsalı üçün xüsusi sexin yaradılması təklifini səsləndirib.
Rusiya Ermənistandan gələn mallara bazarı bağlayır ? |
Sarkisyanın skeptisizmi isə onunla bağlıdır ki, indiki hökumət keçmişdə hər hansı bu kimi ciddi razılaşma əldə etməyib.
"Əgər biz ötən illərin təcrübəsinə əsaslansaq, Kerobyanın təkliflər və danışıqları əsasında indiki hökumətin həyata keçirmiş hər hansı zavodu və ya iri investisiya layihəsini xatırlamaq çətindir. Mən belə bir zavod tanımıram", - ekspert qeyd edib.
Ekspertin sözlərinə görə, İrəvanın hazırkı çabaları mənasızdır: "Əlbəttə, güman etmək olar ki, Çin eyni məhsulu daha aşağı qiymətə əldə etməyə imkan verən texnologiya hazırlayıb. Lakin böyük əminliklə deyə bilərik ki, erməni tərəfi mümkün mümkün satış bazarlarını və rəqabəti təhlil etmədən çinlilərə sadəcə layihə təklif edib".
Çin tərəfinə gəlincə, Pekinin diplomatik ənənələrinə görə onlarda birbaşa imtina olmur.
"Sadə dillə desək, çinlilər heç vaxt “yox” demirlər, daha yumşaq ifadələrə üstünlük verirlər. Adətən, onlar “müzakirə etməyi, nəzərdən keçirməyi” təklif edirlər ki, nəticədə çinlilərə sərfəli şərtlər təklif olunması ehtimalı artır",- Sarkisyan deyib.
O, həmçinin regionda güclü sement ixracatçısı olan İran faktoruna və Moskva-Pekin münasibətlərinin Ermənistan-Çin əlaqələrindən qat-qat ahəngdar olması səbəbindən İrəvandan Rusiyaya məhsul ixracının azalacağı ehtimalına da diqqət çəkib. Bu baxımdan hansısa nəhəng sement zavodunun birbaşa Rusiya Federasiyasında açılması daha məqsədəuyğun görünür.
Bundan başqa, ölkədə hansısa yatağın olması qarşı tərəfə olan təkliflərə müəyyən cəlbedicilik əlavə edə bilər. Lakin Çin tərəfini maraqlandıran başqa nüanslar var. Məsələn, Pekin ucuz işçi qüvvəsi kimi amilləri də nəzərə alacaq. Ermənistanda isə işçi qüvvəsi o qədər də "ucuz" sayılmır. Ona görə də son zamanlar Hindistandan Ermənistana xeyli "qara işçilər" gəlir ki, onlar da ucuz işçi qüvvəsi kimi istifadə olunurlar.
"Digər problem yollardır. İndiki şəraitdə başqa ölkələrə olan ixracatımız hansı marşrutla və hansı qiymətlərlə həyata keçirilməlidir? Və burada istehsal olunacaq məhsulumuzun dünyadakı rəqabət qabiliyyətinə uyğunluğu ilə bağlı sualı yaranır. Məsələn, biz İran sementi ilə rəqabət apara bilərikmi? Bir sözlə, iqtisadi nöqteyi-nəzərdən layihə qeyri-real görünür”, - Sarkisyan gileylənib.
Tural Tağıyev
AzVision.az