İran hüquq müdafiəçilərini "müharibə" yaratmaqda ittiham edir
Məlumata görə, Kirman vilayətinin cənubundakı Ciruft şəhərinin İslam İnqilab Məhkəməsinin birinci şöbəsi yazıçı, şair, siyasi və insan haqları üzrə fəal Puran Nazimiyə qarşı iddia qaldırıb. Onunla bərabər bir neçə mülki şəxs və insan haqları fəalına da iddia qaldırılıb.
Məlumatlı mənbədən bildirilib ki, Nazimi və daha üç fəala "müharibə" və "yer üzündə fəsad"la yanaşı, "İslamın müqəddəsliklərini təhqir etmək", "İrana qarşı silahlı aksiya" ittihamları irəli sürüləcək.
Bundan başqa qeyd edilir ki, bu şəxslərə qarşı digər ittihamlar da səsləndirilib ki, bunlar ölkənin təhlükəsizliyini pozmaq, insanları daxili və xarici təhlükəsizliyə qarşı cinayətlərə sövq etmək, məmurları, agentləri təhqir etmək, İran əleyhinə təbliğat aparmaqdır.
Qeyd edək ki, son 40 ildə dəfələrlə saxlanılan və həbs olunan Nazimi, ötən il inqilabi qiyam zamanı iki dəfə həbsxanaya göndərilib.
Xüsusi xidmər orqanlarınını əməkdaşları ilk dəfə 2022-ci ilin oktyabr ayında Naziminin evinə basqın edərək, onu Evin həbsxanasının təkadamlıq kamerasına aparıblar.
O, dekabrın 22-də evə buraxılsa da, fevralın 1-də atasının yanına gedərkən yenidən xəstəxanada həbs edilib və naməlum yerə aparılıb.
AzVision.az
Teqlər: