AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Mən bununla bağlı konkret nəticə çıxarmaq istəmirəm. Ola bilsin ki, onların çoxu bir müddət qohumlarının yanında qalacaq. Amma biz uzunmüddətli perspektivdə prioritet fəaliyyət planı olaraq onları Ermənistanda qalmağa çağırırıq. Ümid edirəm ki, biz öz hərəkətlərimiz və dəstək proqramlarımızla qardaş və bacılarımıza bu məqsədlə aydın mesaj veririk”, - Paşinyan qeyd edib.
Baş nazir qeyd edib ki, ermənilərin Qarabağa qayıtmaq arzusu və ya imkanı yoxdursa, hakimiyyət onların Ermənistan Respublikasında qalmalarını təmin etmək üçün hər şeyi etməlidir.
Tural Tağıyev
AzVision.az