Azadlığa çıxan İran əsilli fransız tədqiqatçı Fəriba Adilxah Fransaya qayıdıb
2019-cu ilin iyununda İrana səfəri zamanı həbs olunan xanım Adilxah, daha sonra təhlükəsizlik ittihamı ilə 5 il həbsə məhkum edilib. Nəhayət bu ilin fevralında tədqiqatçı Evin həbsxanasından azadlığa buraxılıb.
Xanım Adilxah azadlığa çıxdıqdan bir gün sonra onun vəkili müvəkkilinin Fransaya nə vaxt qayıda biləcəyini müəyyən etmək üçün İran səlahiyyətlilərinin qərarını gözlədiyini açıqlayıb.
AzVision.az