Avstraliya İranın fiziki şəxslərinə və qurumlarna qarşı sanksiya tətbiq edib
Avstraliya həmçinin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən, İranın daha üç fiziki və 11 qurumunu sanksiyalar siyahısına əlavə edib. Avstraliya Xarici İşlər nazirliyi İranın ballistik və qanadlı raketlərin istehsalı və yayılmasının regionda zorakılığı artırdığını bildirib.
Bəyanatda həmçinin İran nüvə proqramında artan hərəkətlərini dayandırmağa, nüvə öhdəliklərinə yenidən tam sadiq qalmağa və JCPOA-nı (İranın nüvə problemi üzrə 5+1 formatı) canlandırmağa çağırılır.
AzVision.az
Teqlər: İran Avstraliya