İsrail BMT-dən üzr istəməsini tələb edib
"Biz üzr istəmənməsini tələb edirik. BMT və bu Şuradakıların bəziləri İŞİD kimi terrorçuların yalanlarını dərhal qəbul edib və qanunun aliliyini tanıyan demokratiyanın açıq dəlillərini tanımaqdan imtina ediblər. HƏMAS raketləri qəsdən İsrail xəstəxanalarına atılan zaman TŞ-sını çağırmadığınıza görə üzr istəməlisiniz. HƏMAS öz döyüş maşınını Qəzzada maneəsiz qurarkən illərdir başınızı quma basdırdığınız üçün üzr istəməlisiniz”, deyə Gilad Erdan Qəzza zolağında Əl-Əhli xəstəxanasına hücumla bağlı çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
Erdan BMT Təhlükəsizlik Şurasının HƏMAS-ın yəhudi dövlətinə hücumunu hələ də pisləməməsini anlaşılmaz adlandırıb.
"Bu günə qədər siz ən elementar şeyi edə bilməmisiniz. Siz Şura olaraq HƏMAS-ın qəddar hücumunu pisləməmisiniz. Bu, sadəcə olaraq anlaşılmazdır. Siz belə əsas məsələdə konsensusa belə gələ bilmirsiniz. Diqqət yetirmirsiniz ki, Qəzzanı HƏMAS-dan azad etmək, Qəzzalılar üzərində zülmə son qoymaq üçün nə etmək lazımdır. Şura yalnız humanitar dəhlizlər və yardım üzərində qurulub. Bunlar mühüm və nəcib məqsədlərdir, lakin lakin onlar mütləq HƏMAS-a yeni qan tökülməsinin qarşısını almayacaqlar", - diplomat bildirib.
AzVision.az
Teqlər: