Evlərini tərk edən israillilərin sayı 300 minə çatır
"İsrail Demokratiya İnstitutu evlərindən təxliyə edilən israillilərin sayının 300 minə çatdığını bildirib", - hesabatda deyilir.
KİV-in məlumatına görə, İsraili tərk edənlərin əksəriyyəti Qəzza zolağının sərhəd zonasından gəlib.
Bundan əvvəl İsrail Qəzza zolağında vəziyyətin pisləşməsi nəticəsində yaranan nümayişlərə görə Misir və Mərakeş paytaxtlarındakı diplomatik nümayəndəliklərini boşaldıb. KİV-in məlumatına görə, İsrailin dünyadakı səfirliklərində yüksək hazırlıq rejimi elan edilib. Təhlükədə olan israilli diplomatların təxliyyə ediləcəyi vurğulanır. Səfirlik əməkdaşlarından zərurət olmadıqca evlərini tərk etməmələri xahiş olunub.
AzVision.az
Teqlər: