İranda etirazçı Hüseyn Hüseynpur sarğılı halda xəstəxanaya aparılıb

Təhlükəsizlik müəssisələrinin təcridxanasında saxlandığı son 41 gün ərzində yaralı etirazçıya dərmanlar, xüsusən də göz damcıları verilməyib. Hüseynpur oktyabrın 17-də təhlükəsizlik müəssisələrinin təcridxanasından Şirazdakı Xəlili xəstəxanasına köçürülüb.
Videoda onun oksigen aparatı ilə nəfəs aldığı və çarpayıya qandallı bağlandığı görünür. Məlumata görə, o, indi də Şirazda xəstəxanadadır.
AzVision.az