"İsrail Qəzza zolağında quru əməliyyatı ilə bağlı hələ qərar verməyib"
"Biz müharibənin növbəti mərhələlərinə hazırlaşırıq. Onların nə olacağını hələ deməmişik. Hamı quru əməliyyatından danışır, amma bu başqa bir şey ola bilər", - Reuters Hechtdən sitat gətirib.
İsrail ordusunun sözçüsü deyib ki, İsrail iki cəbhəli müharibəyə tab gətirmək iqtidarındadır.
O qeyd edib ki, Qəzza zolağından İsrailə qarşı 6,5 mindən çox raket zərbəsi endirilib. Hechtin sözlərinə görə, yəhudi dövləti amerikalıların və ya ingilislərin İsraildə müharibədə qan tökməsini gözləmir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: