10 yaşlı uşaq atasının tapançası ilə dostunu güllələdi
Qeyd edilir ki, Buraevodan olan 10 yaşlı uşaq dostu ilə atasının pnevmatik tapançasını oğurlayıb. Onlardan biri hədəfləri yerləşdirməyə, digəri isə silahı doldurmağa başlayıb. Bu an uşaq təsadüfən tətiyi çəkib. Güllə hədəfi quraşdıran uşağa dəyərək onu başından ağır yaralayıb.
"Zərərçəkmiş rayon xəstəxanasına çatdırılsa da, yerli həkimlər risk etməyib xəstəni regionun paytaxtına göndəriblər. Ufada həkimlər sümüyə ilişmiş gülləni çıxara, mürəkkəb əməliyyat keçirə və oğlanın həyatını xilas edə biliblər", - paylaşımda yazılıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Tapança