"Xokkeydən həzz alıram" - Putin
Prezidentin sözlərinə görə, o, 10 il əvvəl konki sürməyə başlayıb. Buna qədər isə konki üzərində necə dayanacağını bilmirmiş. Rusiya prezidenti əlavə edib ki, konki ilə paralel olaraq xokkey oynamağı da öyrənib.
“İndi mən bu idmanla məmnuniyyətlə məşğul oluram. Bunlar komanda idman növüdür, həmişə maraqlı, emosional, həyəcanlıdır və cari işlərə həqiqətən ara vermək imkanı yaradır”, - Putin qeyd edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Putin