ABŞ İsrailin yanında: İran və "Hizbullah"ı xəbərdar edib
Müşavir ABŞ əsgərlərinin İsraildə olma ehtimalını Tehranın birbaşa müdaxiləsi və Livan "Hizbullahı"nın hərəkətlərində asılı olacağını diqqətə çatdırıb: “Ancaq, İsrailin şimal sərhəddində real gərginliyin yüksəlməsi riskinə baxmayaraq, İrandan eskalasiya riskinin artdığını göstərən heç bir xüsusi yeni kəşfiyyat məlumatı yoxdur".
İran rəsmiləri də münaqişəyə qarışmayacaqlarını bildirsələr də, öz şərtlərini isrəli sürüblər. İranın BMT-dəki səfirliyi bildirib: "Təl-Əviv Qəzza zolağında quru əməliyyatı keçirəcəyi təqdirdə İran ərazisinə, onun maraqlarına və vətəndaşlarına hücum etməsə SEPAH heç nəyə müdaxilə etməyəcək".
Digər tərəfdən ABŞ son zamanlar səslənən ikinci cəbhə düşüncələrini də başlardan çıxarmaq istəyir. Belə ki, Qətər vasitəsi ilə "Hizbullah"a ölkənin şimalında ikinci hərbi cəbhə açmamaq üçün xəbərdarlıq göndərilib.
ABŞ dövlət katibi Antoni Blinken də məsələ ilə bağlı çinli həmkarına zəng edərək, xarici işlər naziri Vanq İdən bu məqsədə çatmaq üçün Pekinin regiondakı təsirindən istifadə etməyi xahiş edib.
ABŞ İsrailə qoşun yeritmək fikrində deyil, lakin Şərqi Aralıq dənizinə iki təyyarədaşıyan qrup göndərib və hava qüvvələrini gücləndirib. Oktyabrın 7-də, münaqişənin başladığı gün ABŞ prezidenti Co Bayden “bu vəziyyətdən” istifadə etmək istəyə biləcək digər ölkələrə xəbərdarlıq etdi.
İsrail HƏMAS-a cavab olaraq Qəzza zolağına blokada tətbiq edib, quru əməliyyatı üçün hazırlıqlara başlayıb və Qəzza zolağının şimalındakı 1,1 milyon sakinin qısa müddətə cənuba təxliyyə edilməsini əmr edib.
Bu arada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Beyrutda BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland ilə görüşüb. Tərəflər Fələstin-İsrail münaqişəsinin genişlənməsinin qarşısının alınması yollarını müzakirə edib.
Abdullahiyan vurğulayıb ki, Tehran münaqişənin regional müharibəyə çevrilməsini istəmir və HAMAS-ın girovluğunda olan mülki insanlarını azad etməyə çalışır. Nazirin sözlərinə görə, İsrail hərbi əməliyyatı davam edərsə və yəhudi dövləti Qəzzada quru əməliyyatı keçirsə, İran cavab vermək məcburiyyətində qalacaq.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: