Paşinyanı kim əvəzləyəcək?
“Müxtəlif fiqurlar peyda olub. Onların arasında yer alan keçmiş müdafiə naziri Arşak Karapetyan bir müddət əvvəl yeni hərəkatın başladığını elan etsə də, yoxa çıxıb.
Uzun müddətdir ruspərəst Qqer Avetisyan adlı iş adamı müsahibələr verir, onun Sergey Lavrovla fotolarını reklamlarla yayılan Feysbukda görmək olar.
Bu yaxınlarda bir neçə yerdə rusların seçiminin keçmiş baş nazir Tiqran Sərkisyan olduğu barədə məlumatlar yayıldı. Məlumata görə, Sərkisyanla bağlı danışıqlar uzun müddətdir gedir. Bəzi mənbələr isə iddia edirlər ki, artıq qərar verilib, Rusiya tərəfi onun üzərində dayanacaq.
İstəsək də, istəməsək də Paşinyanın gedişindən sonra rusların namizədlik məsələsinə müdaxilə edəcəkləri və prosesdə rol alacaqları aksiomadır. Bu, başqa məsələdir ki, Tiqran Sərkisyanın və ya müxalifətin digər namizədləri nə qədər güclüdür?”
Sayt qeyd edir ki, indi Ermənistan müxalifətində özünü “gələcək baş nazir” elan edənlər çoxdur.
AzVision.az
Teqlər: