İsrail HƏMAS-a qarşı genişmiqyaslı hücuma başladı

Bundan başqa, İsrail HƏMAS qruplaşmasının 500-dən çox silahlısını əsir götürüb. Eyni zamanda ölkədə zərərsizləşdirilmiş 1500 silahlının meyiti müəyyənləşib.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 900-dən çox adam ölüb, 2 616 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
AzVision.az
Teqlər: