AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiya XİN-in saytında dərc olunmuş məqaləsində deyilir.
Lavrov onu da vurğulayıb ki, get-gedə daha çox dövlət suverenliyi möhkəmləndirməyə, milli maraqlarını, adət-ənənələrini, mədəniyyətini və həyat tərzini müdafiə etməyə çalışır. Onlar dostluq münasibətləri qurmaq və ticarəti gücləndirmək istəyirlər. Bu isə həm öz aralarında, həm də dünyanın digər hissəsinə qarşılıqlı fayda vermək üçündür.
“Yer kürəsi əhalisinin 85%-ni təmsil edən dünyanın əksər hissəsi qlobal malların daha ədalətli paylanmasının və sivilizasiya müxtəlifliyinə hörmətin, beynəlxalq həyatın ardıcıl demokratikləşməsinin tərəfdarıdır”, - Lavrov yazıb.
Tural Tağıyev
AzVision.az