Beynəlxalq aviaşirkətlər İsrailə uçuşları ləğv edib
Birləşmiş Ştatların verdiyi açıqlamada deyilir ki, şənbə günü gecə və bazar günü səhər İsraildən ABŞ-a iki planlı uçuş həyata keçirilib, lakin təhlükəsizliklə bağlı şərtlər bərpa olunana qədər uçuşları dayandırılacaq.
Çin və İsrail arasında uçuşlar həyata keçirən yeganə Çin aviaşirkəti olan “Hainan” Hava Yolları İsraildəki təhlükəsizlik vəziyyətini əsas gətirərək bazar ertəsi Tel-Əviv və Şanxay arasında uçuşları ləğv edib. Aviaşirkət vəziyyətdən asılı olaraq gələcək uçuş planlarına düzəlişlər edəcəyini bildirib.
“Cathay Pacific” şirkəti də çərşənbə axşamı Honq-Konq və Təl-Əviv arasında uçuşu ləğv etdiyini bildirib. “Korean Air”, bazar ertəsi İnchon liman şəhəri ilə Təl-Əviv arasında uçuşu ləğv edib və gələcək uçuşların qeyri-müntəzəm olacağını açıqlayıb.
AzVision.az
Teqlər: