Lavrov Ermənistana gedir

Lavrov Ermənistana gedir
  12 İyun 2014    Oxunub:855
Səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi gündəmdə olacaq.
Rusiyanın xarici işlər naziri Serqey Lavrov iyunun 23-də erməni həmkarı Edvard Nalbandyanın dəvətilə Ermənistana rəsmi səfərə gedəcək. AzVision.az bu barədə erməni mətbuatına istinadla xəbər verir.

Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Serqey Lavrovun Ermənistan prezidenti Serj Sarkisyan və Edvard Nalbandyanla görüşü planlaşdırılıb.

Görüşlər zamanı Rusiya prezidenti Vladimir Putinin ötən ilin dekabrında Ermənistana səfəri ərəfəsində əldə olunan razılaşmaların həyata keçirilməsi, erməni-rus əlaqələrinin, iki ölkə arasında strateji tərəfdaşlığının inkişaf etdirilməsi, eləcə də Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması məsələsi müzakirə ediləcək.

Bununla yanaşı, tərəflər ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini də müzakirə edəcəklər.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti