Zaxarova İrəvanın çevriliş iddiasını lağa qoydu

Zaxarova İrəvanın çevriliş iddiasını lağa qoydu
  20 Sentyabr 2024    Oxunub:331
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın çevrilişlə bağlı yeni ittihamlarına cavab verib.
O, İrəvanda gözlənilən çevrilişdə Moskvanın əlinin olması ilə bağlı sualı cavablandırarkən Ermənistan rəhbərliyinin iddialarını lağa qoyub.

Paşinyan öz mühafizəçilərindən qorxur - "Hraparak"
"Ümid edirəm ki, "Comedy Club" da məhz bu səbəbdən bağlanmayıb" – o, brifinqdə deyib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanda dövlət çevrilişinə hazırlaşdıqları iddia olunan qrupun planları ifşa olunub. Məlumata görə çevriliş planı hazırlayan həmin şəxslərin hamısı Rusiyada təhsil alıblar. Qrupun üzvləri Ermənistan vətəndaşları və Qarabağ erməniləri olublar.

Zaxarovanın səsləndirdiyi “Comedy Club” məsələsinə gəldikdə isə, bir müddət əvvəl “Qazprom-Media” təsisçiləri və prodüserləri əsasən ermənilərdən ibarət olan bu şounun bağlandığını elan etmişdi. Layihə Qarik Xarlamovun rəhbərliyi ilə yenidən başlayacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Zaxarova  





Xəbər lenti