Samirə Əfəndi ailəsi ilə birlikdə Bakıya qayıdıb - YENİLƏNİB
Qeyd edək ki, müğənni daha əvvəl sosial mediada paylaşım edərək Tel-Əvivdən İstanbula uçduğunu bildirmişdi.
***
Müğənni Samirə Əfəndi ailəsi və meneceri ilə birlikdə İsraili tərk edə bilib.
Bu barədə o, sosial media hesabında bildirib. O, hava limanından foto paylaşaraq Tel-Avivdən İstanbula uçduğunu qeyd edib.
Xatırladaq ki, İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilmişdi.
Qeyd edək ki, İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb.
AzVision.az
Teqlər: