Sepidə Rəşnunun məhkəməsi özünün iştirakı olmadan keçirilib
Məhsa Əmininin ölümündən 3 ay əvvəl həbs olunaraq döyülən Sepidə Rəşnu məcburi hicaba qarşı çıxaraq hicabsız çəkilmiş yeni fotosunu dərc edib. O, bazar ertəsi vəkili ilə məhkəməyə gələrək özünü müdafiə edəcəyini yazıb.
Lakin məhkəmə iclasında məcburi hicabsız iştirak edəcəyini bildirdiyindən, görünür, məhkəmənin reqlamenti onun prosesdə iştirakına mane olub.
AzVision.az