Zahidan qətliamı insanlığa qarşı cinayət kimi araşdırılmalıdır
“Bu cinayəti törətməkdə hakimiyyət və onun tabeliyində olan repressiv qüvvələr mühakimə olunmalıdır. İranın Bəlucistan xalqının müqavimətini əzmək səyləri isə heç bir nəticə verməyib”, - Müqəddəm deyib.
Ötən il sentyabr ayının 30-da 15 yaşlı Bəluc qızının polis komandiri tərəfindən zorlanmasına etiraz olaraq insanlar etiraz toplantısı təşkil etdilər. Bunun qarşılığında İranın hərbi agentləri Zahidan məscidinə toplaşanları və digər vətəndaşları atəşə tutublar.
Sistan və Bəlucistan xəbərlərində verilən son statistikaya görə, bu vəhşi hücum zamanı 17-si uşaq və yeniyetmə olmaqla, azı 105 vətəndaş həlak olub, onlarla insanın başı kəsilib. Onların bir çoxu kor edilib, yaralanıb və əlil olub.
AzVision.az