Rusiya və İran əməkdaşlıq memorandumu imzalaya bilər
“İştirakçılar bu ilin noyabrında Rusiya və İranın xüsusi iqtisadi zonaları arasında əməkdaşlığa dair memorandum imzalamaq barədə razılığa gəliblər ki, bu memorandum istehsal, ticarət-iqtisadi və investisiya qarşılıqlı fəaliyyəti üçün XİZ-lər arasında əlaqələrin genişləndirilməsinə yönələcək”, - Rusiya nazirliyindən qeyd edilib.
İİN-dən əlavə ediblər ki, memorandum ümumi xarakter daşıyır, ona görə də memorandumun davamı olaraq imzalanacaq sənədlərlə bağlı bəzi məsələlər qalmaqdadır.
D.Vaxrukov, həmçinin iranlı həmkarlarına Rusiyada Texnologiya və Logistika İttifaqının yaradıldığını xatırladıb, onları əməkdaşlığa dəvət edib. İttifaq Xəzəryanı dövlətlərin xüsusi iqtisadi zonalarının tərəfdaşlığı haqqında əldə edilmiş razılaşmanın davamı olaraq yaradılıb.
AzVision.az
Teqlər: