Vardanyan saxlanılıb? - Arvadı "ərimlə əlaqəm kəsilib" deyir

      Vardanyan saxlanılıb?    - Arvadı "ərimlə əlaqəm kəsilib" deyir
  27 Sentyabr 2023    Oxunub:745
Sosial şəbəkələrin erməni seqmenti və Ermənistanın bəzi saytlarında qondarma rejimin keçmiş "dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyanın saxlanılmasına dair xəbərlər yayılıb.
Qeyd edilir ki, təxribatçı biznesmen Laçın yolunda ələ keçib. Hələlik bununla bağlı rəsmi açıqlama verilməsə də, Vardanyanın ailəsi məlumatların doğru ola biləcəyini istisna etməyib.

Rubikin aradan çıxmaqlığı
Rubenin həyat yoldaşı Veronika Zonabend CivilNet-ə açıqlamasında deyib ki, həqiqətən də əri ilə əlaqəsi kəsilib. O, Vardanyanın Laçın dəhlizindən keçmək istəyərkən həbs olunması xəbərini Azərbaycan mətbuatından oxuduğunu qeyd edib. Zonabend başqa təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, Ruben Vardanyan ötən il Rusiyadan Xankəndiyə bəlli məqsədlər üçün göndərilmişdi. Onun Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmadı. Rəsmi Bakının bu siyasi oyuna sərt şəkildə təpki verməsi nəticəsində Vardanyan vəzifədən uzaqlaşdırıldı.
Buna baxmayaraq təxribatçı iş adamı Qarabağda qalaraq Azərbaycan əleyhinə açıqlamalar verir, müəyyən separatçı tədbirlərdə aktivlik göstərirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Vardanyan   Ermənistan  





Xəbər lenti