AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, statistika 26 sentyabr saat 09:00-a aiddir. Saxlanılan fəallar Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə polisə aparılıb.
Qeyd edək ki, çərşənbə axşamı narazı kütlə Abovyan küçəsi ilə kəsişən Koryun küçəsini, həmçinin sirk binasının yaxınlığındakı kəsişməni bağlamışdılar. Vazgen Sarkisyan küçəsi, Gülbenkyan və Komitas küçələrinin kəsişməsi də bağlanmışdı.
Xatırladaq ki, sentyabrın 19-dan İrəvanda Qarabağda baş tutan antiterror əməliyyatları fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.
Tural Tağıyev
AzVision.az