Qeyd olunur ki, zərərçəkənlə Çkalovka kəndi yaxınlığında rastlaşan polis əməkdaşı onun uşaq evinin şagirdi olduğunu öyrənib. Polis bölməsinə aparılan 14 yaşlı yeniyetmə orada bədəninin müxtəlif nahiyələrindən təpik və yumruq zərbələrinə məruz qaldığını, üz və boyun nahiyəsindən xəsarətlər aldığını bildirib. Məhz bu səbəbdən o uşaq evini tərk edib.
Polis hadisə ilə bağlı araşdırnalar aparıb və iş istintaq komitəsinə göndərilib. Yeniyetmə isə yenidən Qavar uşaq evinə aparılıb.
Tural Tağıyev
AzVision.az