Paşinyanın partiyası seçkilərdə qələbə qazanıb - Zəif nəticə ilə
Qeyd edilir ki, Mərkəzi Seçki Komissiyası İrəvanın Ağsaqqallar Şurasına (paytaxt meriyası-red.) seçkilərdə səslərin elektron hesablanmasını başa çatdırıb. ARtıq 475 seçki məntəqəsinin hamısının nəticələrinə yekun vurulub.
Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu hakim “Mülki Müqavilə” partiyası rekord səviyyədə aşağı - 28,46%-lik seçici fəallığının müşahidə edildiyi (824,250 seçicidən yalnız 234,553-ü seçki məntəqəsinə gedib) seçkilərdə qələbə qazanıb. Seçicilərin 32,57%-i (75 463 səs) ona səs verib ki, bu da bu siyasi qüvvəyə Ermənistan paytaxtının merini müstəqil şəkildə seçmək imkanı vermir.
Xatırladaq ki, beş il əvvəl keçirilən meriya seçkilərində onun komandası 81,06% 109 səs toplamışdı.
Seçkilərdə ikinci yeri Ayk Marutyanın başçılıq etdiyi, “Milli Tərəqqi” Partiyası tutub.
Üçüncü yerdə 15,43% (35 739 səs) ilə rusiyayönlü “Ana Ermənistan” bloku qərarlaşıb.
AzVision.az
Teqlər: Seçki Ermənistan