Sistan və Bəlucistan vətəndaşları təhdid dolu mesajlar alırlar

Məlumata görə, “telekommunikasiya şirkətləri” ümumi əyalət üzrə bütün vətəndaşlara ayrı-seçkilik etmədən təhdid mesajları göndərirlər.
Bu mesajlar heç bir fərq qoymadan və toplu şəkildə, hətta kiberməkanda olmayanlara da ünvünlanıb.
“Hörmətli istifadəçi, sizin ötən il keçirilən toplantılarda və iğtişaşlarda iştirakla bağlı keçmişiniz olub. Bu cür hərəkətlər, xüsusən də qanunsuz toplantılarda və iğtişaşlarda iştirak etmək, ictimai və dövlət əmlakının dağıdılması qanunla müəyyənləşdirilmiş qaydada məhkəmə məsuliyyətinə cəlb olunur. Buna görə də onun nəticələrinin qarşısını almaq üçün belə toplantılarda iştirak etməkdən çəkinin. Hörmətlə Sistan və Bəlucistan əyalətinin sosial məsələlər və cinayətlərin qarşısının alınması təşkilatı”, - mesajlarda deyilir.
Sistan və Bəlucistan əyaləti ötənilki ümummilli etirazlar zamanı ən çox və davamlı etirazların şahidi olan əyalətlərdən biridir. Həmin vaxt bu əyalətdə geniş internet kəsilmələri yaşanıb.
AzVision.az