İsrail, BƏƏ və Braziliya şirkətləri İran hakerlərinin hədəfi olublar
Bu kiber kampaniyanın “Sponsor” adlı xüsusi zərərli proqram tərəfindən həyata keçirildiyi bildirilir. “Microsoft Exchange” serverlərindəki proqram çatışmazlığından yararlanan bu haker qrupu hədəflərinə nüfuz edə və zərərli proqram təminatını qurbanların texniki infrastrukturuna ötürə biliblər.
Bu zərərli proqram hakerlərə hücuma məruz qalan şirkətlərin serverlərində öz əmrlərini yerinə yetirməyə və onlarda olan məlumatları oğurlamağa imkan verir.
Sözügedən hücumlar 2021-ci ilin martından 2022-ci ilin iyununa qədər həyata keçirilib.
İranın hökumət hakerlərinin sızdığı İsrail şirkətləri media, avtomobil, texniki-mühəndislik və maliyyə sahələrində fəallıq göstəriblər.
Hücumların qurbanları arasında Braziliyanın bir tibb şirkəti də var. Dərc edilmiş hesabatda BƏƏ-dən olan şirkət haqqında məlumat verilməyib.
AzVision.az