JSİD dövlət qurumlarına son təlimlərini keçib – FOTOLAR

JSİD dövlət qurumlarına son təlimlərini keçib –    FOTOLAR
  14 Sentyabr 2023    Oxunub:1488
“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi bu dəfə təlim-görüşlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti əməkdaşları ilə keçirib.

“Korporativ Sosial Məsuliyyət və dövlət qurumları: media və vətəndaş cəmiyyətinin rolu” layihəsi çərçivəsində növbəti iki tədbir də baş tutub. JSİD-in keçirdiyi səkkiz təlim-görüşə, eyni zamanda media və vətəndaş cəmiyyəti nümayəndələri də qatılıblar.


“Günümüzdə korporativ sosial məsuliyyət anlayışı vacib məsələ olsa da, təəssüf ki, özəl şirkətlər, xüsusilə dövlət qurumları tərəfindən yanlış mənimsənilir. Korporativ sözünün olduğu bir söz birləşməsi kimi ancaq gəlir, biznes məsuliyyəti olaraq bir çox hallarda gözardı edilən bu vacib strategiya ilə hədəfə çatmaq birmənalıdır. Biz bu layihə çərçivəsində korporativ sosial məsuliyyətin bir biznes siyasəti olmadığını, xüsusilə dövlət qurumlarının strateji xətti olmasının vacibliyini, eləcə də ictimaiyyətə qarşı sosial cəhətdən hesabatlı olmasına kömək edən bir model olduğunu sübut edəcəyik.


Bu anlayış özündə ideyaları, məsuliyyəti, etikanın birləşdirir və o icmaya, əməkdaşlarına, xidmət göstərdikləri insanlara, eyni zamanda gördükləri işlərlə, təbliğ etdiyi ölkəyə və dövlətə faydalı olmağı hədəfləyir. Problem o ki, KSM strategiyası yalnız biznes hədəfinə çatmaq kimi anlaşılır və bu istiqamətdə Azərbaycanda dövlət səviyyəsində konstitusion yanaşma yoxdur”- QHT Sədri, məşhur telejurnalist Günel Gözəlova bu layihənin həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti təmsilçiləri, həm də media üçün vacibliyindən danışıb. Qeyd edib ki, bu layihənin davamlı olmasına çalışacaq.


Tədbirdə “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin Korporativ Sosial Məsuliyyətin inkişafı üçün etdikləri təkliflərin də yer aldığı videoçarx nmüayiş etdirilib. Dövlət qurumunun əməkdaşları öz növbələrində təkliflərini bildirərək, layihə ilə bağlı müsbət fikirlərini çatdırıblar. Daha sonra marketinq, ictimaiyyətlə əlaqələr, reputasiyanın idarə edilməsi və beynəlxalq tədbirlərin təşkili, eləcə də idarə olunmasında ixtisaslaşan Səfər Aslanov təlim keçib.


Qeyd edək ki, “Korporativ Sosial Məsuliyyət və dövlət qurumları: media və vətəndaş cəmiyyətinin rolu” layihəsinə iyul ayından start verilib və sentyabrın sonuna qədər davam edəcək. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Bugünə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin, Dövlət Sosial Müdafiə Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin və Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları ilə altı təlim-görüş keçirilmışdı.





Teqlər: JSİD  





Xəbər lenti