Estoniya Rusiya maşınlarını ölkəyə buraxmayacaq

"Çərşənbə günü səhər saat 10-dan etibarən Estoniya Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edəcək. Çünki onlar sanksiyalara məruz qalırlar. Beləliklə, Estoniya Avropa Komissiyasının sanksiyaların tətbiqi ilə bağlı dərc etdiyi yeni tövsiyələrə əməl edir. Sentyabrın 8-də Aİ ölkələrinə Rusiya dövlət nömrə nişanlı şəxsi avtomobillərin Aİ ərazisinə buraxılması qadağan edilib”, - məlumatda deyilir.
Tural Tağıyev
AzVision.az
Teqlər: Estoniya