Britaniya diplomatiyasının rəhbəri İsrailə “İran təhdidləri” barədə xəbərdarlıq edib
Britaniya Xarici İşlər nazirliyinin bəyanatına görə, İranı HƏMAS və Fələstin İslami Cihadını dəstəkləməklə “terrorizmi” gücləndirməkdə ittiham edən Ceyms Kleverli bölgədə təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini zəruri sayır.
“İngiltərə və İsrail öz xalqlarının təhlükəsizliyini qorumaq üçün sıx əməkdaşlıq edəcəklər. İki ölkə İran rejiminin qəbuledilməz təhdidləri ilə mübarizə aparmaq üçün təhlükəsizlik əlaqələrini gücləndirir”, - Kleverli deyib.
Bu səfər İordan çayının qərb sahilində zorakılığın artması, Qəzza və Şərqi Qüdsdə Fələstin dövlətinin yaradılması yönündə ABŞ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqlarını canlandırmaq üçün aydın perspektivlərin olmadığı bir vaxta təsadüf edir.
AzVision.az