İran Fransaya nota göndərdi
"Biz bu hərəkəti qətiyyətlə pisləyirik. Diplomatik quruma hücum səfirliyin konsulluq şöbəsinin işinə müdaxilə cəhdi və konsulluq xidməti almaq üçün diplomatik nümayəndəliyə müraciət edən vətəndaşların hüquqlarına qəsddir", o deyib.
O, səfirliyə hücum ehtimalı ilə bağlı bir neçə gün əvvəl Fransaya və bəzi Avropa ölkələrinin hakimiyyət orqanlarına xəbərdarlıq etdiklərini xatırladıb.
Xatırladaq ki, sentyabrın 9-da naməlum şəxs İranın Parisdəki səfirliyinin konsulluq şöbəsinin yerləşdiyi arxa qapını yandırıb. Ertəsi gün İslam Respublikasının diplomatik missiyasının öz işini bərpa etdiyini bildirilib. Hücum edən şəxsin səfirliyin qapısına “Molotov kokteyl”i atdığı məlum olub.
AzVision.az
Teqlər: