G20 liderlərinin boyunlarındakı pambıq şərflər nəyi ifadə edir? - Maraqlı detal
Bu şərflər hindlilər tərəfindən hazırlanırdı. İdxal olunan və ya Britaniya istehsalı olan məhsulları boykot etmək üçün toxunmuş geyim idi. Bu, hindlilərə göstərirdi ki, onlar sənaye potensialını artıra və ölkəni keçmiş müstəmləkə qubernatorlarından asılılığından azad edə bilərlər.
Qandi tez-tez öz xədi paltarlarını ölkənin siyasi və iqtisadi azadlığını simvolizə edən əyirici çarxda toxuyurdu.
Narendra Modi bazar günü sosial media platforması X-da "Müxtəlif xalqlar bir araya gəldikdə, Qandinin əbədi ideyaları ahəngdar, əhatəli və firavan qlobal gələcəyə dair kollektiv baxışımıza rəhbərlik edir",-deyə yazıb.
Qeyd edək ki, Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 Sammitində sədrlik Braziliyaya təhvil verilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: G20