"Ermənistan-ABŞ təlimləri narahatlıq doğurur" - Peskov
Sentyabrın 11-dən 20-dək Ermənistanda EAGLE PARTNER 2023 adlı erməni-amerikan birgə hərbi təlimləri keçiriləcək. Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, təlimlər Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı briqadasının “Zar” təlim mərkəzinin bazasında beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə keçiriləcək.
Müdafiə Nazirliyi vurğulayır ki, təlimlərin keçirilməsində məqsəd sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, o cümlədən döyüş hazırlığının artırılmasıdır.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: