Naxçıvan universitetində 500 min manat bərpa edilib

   Naxçıvan universitetində 500 min manat bərpa edilib
  06 Sentyabr 2023    Oxunub:971
Naxçıvan Dövlət Universitetində aparılmış auditin nəticələri üzrə Universitet rəhbərliyi tərəfindən bir sıra işlər həyata keçirilib.
Bu barədə AzVision.az -a Hesablama Palatasından xəbər verilib. Auditin nəticələri üzrə Hesablama Palatasının Kollegiyasının qəbul etdiyi qərarda yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə Universitetin rəhbərliyi tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyi, o cümlədən doldurulmadan diplomların doldurulması və qeydə alınması üzrə işlərin görüldüyü, təkrar imtahan vermək üçün kredit haqqı məbləğinin fənlər üzrə müəyyən olunduğu, 01 yanvar 2023-cü il tarixinə təqdim edilmiş təhsil haqqı üzrə 1701,0 min manat debitor və 35688,0 manat kreditor məbləğinin uçota alındığı, ümumilikdə 469,5 min manat məbləğində vəsaitin müvafiq qaydada, maddi məsul şəxsin öhdəsində olan çatışmayan və dəyəri göstərilməyən 15 adda 145 ədəd maddi qiymətlinin natura formasında bərpa edildiyi, 70,4 min manat dəyərində artıqgəlmənin uçota götürüldüyü nəzərə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti