Rusiyanın məşhur aktyoru Estoniyada həbs olundu - VİDEO

Rusiyanın məşhur aktyoru Estoniyada həbs olundu -    VİDEO
  05 Sentyabr 2023    Oxunub:1179
Rusiyaya qarşı bəyanatları ilə tanınan rusiyalı aktyor Aleksey Panin Estoniya polisi tərəfindən saxlanılıb.
Bu barədə xarici mediada kadrlar paylaşılıb.

Məlumata görə, tez-tez epataj tərzli çıxışları ilə gündəm olan Panin sərxoş olub və hoteldə olduğunu zənn edərək yad şəxslərin evinə soxulmağa çalışıb.

Bundan sonra o, yerli ayıltma məntəqəsinə aparılıb.

Bildirilir ki, Panin inzibati xəta törətdiyinə görə Estoniyadan Rusiyaya deportasiya oluna bilər.

Lakin “terrorçuluğa bəraət qazandırmaq”da şübhəli bilinərək Rusiya hökuməti tərəfindən beynəlxalq axtarışa verilən aktyoru vətənində beş ilə qədər həbs gözləyir. Bu səbəbdən Estoniya hökuməti siyasi səbəblərdən onu deportasiya etməyə bilər.

Rəsmi olaraq Panin və onun nümayəndələri vəziyyətlə bağlı şərh verməyiblər.

Qeyd edək ki, aktyor Ukraynaya qarşı müharibəni dəfələrlə pisləyib və ölkəsini tərk edib.

AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti