Murad Musayev: "Ayaz yaxın zamanda Azərbaycan pasportu alacaq"

   Murad Musayev:    "Ayaz yaxın zamanda Azərbaycan pasportu alacaq"
  29 Avqust 2023    Oxunub:1267
"Ayaz Quliyevlə danışıqlar kifayət qədər asan keçdi. Futbolçu özü "Sabah"a keçmək istəyirdi".
Bunu "Sabah"ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Rusiyanın "Ximki" klubundan transfer olunan 26 yaşlı yarımmüdafiəçinin Azərbaycan vətəndaşlığı almaq perspektivinə də toxunub: "Fikrimcə, Ayaz yaxın zamanda Azərbaycan pasportu alacaq. Bu, yerli çempionatda legioner limiti ilə bağlı vacibdir. Məsələnin hazırda hansı mərhələdə olduğunu bilmirəm. Əminəm ki, futbolçu ən yaxşı formasını bərpa edəcək və Azərbaycan millisini gücləndirə biləcək".

Qeyd edək ki, "Sabah" klubu Ayaz Quliyevlə 3 illik müqavilə bağlayıb.

AzVision.az



Teqlər: Məşqçi  





Xəbər lenti