Poroşenko and içdi – YENİLƏNİB, CANLI YAYIM

Poroşenko and içdi – YENİLƏNİB, CANLI YAYIM
  07 İyun 2014    Oxunub:808
Ukraynada keçirilən prezident seçkilərində qalib gələn Pyotr Poroşenko and içib.

AzVision.az xəbər verir ki, andiçmə mərasimi hazırda davam edir.

***

Ukraynada keçirilən prezident seçkilərində qalib gələn Pyotr Poroşenkonun bu gün inaqurasiya mərasimi keçiriləcək.

Ölkə başçısı Ukrayna xalqına sədaqət andı içəcək və Ali Radanın iclasında xalqa müraciət ünvanlayacaq. Mərasimin ikinci mərhələsi Kiyevin Sofiya meydanında baş tutacaq.

AzVision.az inauqurasiya mərasimini sizə canlı təqdim edir:



İnauqurasiya mərasimdə ən azı 20 ölkənin prezident və baş naziri iştirak edəcək. Bir sıra dünya liderləri artıq Poroşenkonu qələbə münasibəti ilə təbrik edib.

Qeyd edək ki, Ukraynada mayın 25 –də keçirilən prezident seçkilərində Pyotr Poroşenko seçicilərin 54,7%-nin səsini toplayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti