Hakan Fidan Moskvaya gedəcək
Nəşr həmçinin İstanbulda Rusiya, BMT və Türkiyə nümayəndələri arasında taxıl sazişi üzrə danışıqların mümkünlüyünü iddia edir və bunu “təşəbbüsü canlandırmaq” ssenarilərindən biri adlandırır. “Milliyet” qeyd edir ki, görüş uğurlu olarsa, gələcəkdə İstanbulda Ukraynanın iştirakı ilə danışıqlar aparıla bilər.
Qəzetin yazdığına görə, avqustun 23-də Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç Kiyevə səfər edib, avqustun 25-də isə Hakan Fidan Ukraynanın paytaxtına yola düşəcək. Türkiyə nümayəndələri arasında danışıqların gündəmində Qara dəniz taxıl təşəbbüsünün həyata keçirilməsinin bərpası var.
AzVision.az
Teqlər: