Fukusimanın radioaktiv tullantı suları okeana axıdılır
Açıqlamada seyrədilmiş radioaktiv tullantı sularının yeraltından dənizə qədər uzanan 1 kilometrlik tunel vasitəsilə axıdıldığı bildirilib.
Əvvəl elan edilmiş plana əsasən, şirkət birinci mərhələdə 17 gün ərzində 7800 ton tullantı suyunu okeana axıdacaq. 2024-cü ilin mart ayına qədər ümumilikdə 31 min 200 ton radioaktiv tullantı sularının axıdılması planlaşdırılır.
TEPCO xəbərdarlıq edib ki, Fukusimada 1,34 milyon ton tullantı su yığılıb və bu, axıdılmasa, 2024-cü ilin əvvəlində anbar tutumunu keçəcək.
Avqustun 22-də Nazirlər Kabinetinin iclasından sonra Baş nazir Kişida Fumio Fukusimadan radioaktiv tullantı sularının okeana axıdılmasına avqustun 24-də başlanılacağını elan edib.
Qərar bölgədə yaşayan balıqçıların və ətraf mühitin mühafizəsi fəallarının, eləcə də qonşu ölkələrin, xüsusən də Çinin reaksiyasına səbəb olub.
Tənqidlərə qarşı, Yaponiya okeana axıdılması planlaşdırılan radio tullantı sularının təmiz su ilə seyrədildiyini, beləliklə sudakı radioaktiv materialın insan sağlamlığı və ətraf mühit üçün zərərli sayılanların 40 faizindən az olduğunu müdafiə edir.
Beynəlxalq Atom Enerjisi Agentliyi, elektrik stansiyasında apardığı araşdırmalardan sonra iyulun 4-də dərc etdiyi hesabatda Yaponiyanın tullantı sularının axıdılması planının təhlükəsizlik standartlarına uyğun olduğunu bildirib.
2011-ci ilin martında baş vermiş 9 bal gücündə zəlzələ nəticəsində yaranan sunami Fukusima Dai-içi Atom Elektrik Stansiyasında 4 nüvə reaktorundan 3-nə ziyan vurmuş, radioaktiv tullantılar səbəbindən elektrik stansiyasının ətrafı “evakuasiya zonası” elan edilmişdi.
AzVision.az
Teqlər: