Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Bununla bağlı İran parlamentinin Tehran şəhərindən seçilmiş millət vəkili Möhsün Pirhadi bildirib. “Son 20 ildə boşanmaların sayı 162 faiz artıb. İnsanların 70%-i narkomaniyaya qurşananların və məcburi əməyə cəlb edilən uşaqların sayının artmasından narahatdır”, - deyə o qeyd edib.
“20 il ərzində boşanmaların bu qədər artması işsizlikdən iqtisadi böhrana, ailədaxili zorakılığa və sosial problemlərə qədər bir-biri ilə əlaqəli problemlərin açıq-aşkar sübutudur”, - deyə Möhsün Pirhadi vurğulayıb.
AzVision.az